banner
banner

Dünya

Almaniyada hicab sərbəst oldu

Almaniyada hicab sərbəst oldu
Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub. ANS PERESS-in məlumatına görə, əyalət parlamenti məktəblərdə qadın müəllimlərin hicab geyinə biləcəyinə qərar verib.
Bildirilir ki, qadağanın ləğv olunması üçün parlamentdə keçirilən səs vermədə Sosial Demokrat, Yaşıllar, “Piratlar” partiyası ilə Xristian Demokratlar birliyi lehində, Liberal Azad Demokratiya partiyası əleyhində səs verib. Bu qərardan sonra müəllimlər ölkənin ən çox əhalisi olan və ən böyük əyalətində hicabla dərslərə girə biləcəklər. 
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya əyalətində bir milyona yaxın türk miqrant yaşayır. Federal Konstitusiya məhkəməsinin keçən ilin mart ayında məktəblərdə hicab qadağasını prinspial olaraq yasaqlamasından sonra əyalət parlamenti hicabın sərbəst olması üçün işə başlamışdı. Ölkədə hicab qadağasını ləğv edən ilk əyalət isə Bremen olub. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.