İran İslam Respublikasının vitse-prezidenti İshaq Cihangiri Urmiya gölünün bərpası istiqamətində görülən işlərlə tanış olub.
Vitse-prezident deyib ki, Urmiya gölü vilayətin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır və hökumət gölün qurumasının qarşısını mütləq alacaq.
İ.Cihangiri bildirib ki, gölün yerləşdiyi Qərbi Azərbaycan vilayəti Türkiyə, İraq və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir və İran üçün mühüm əhəmiyyət kəsb edir. Vilayətin bu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin inkişafına dövlət hər zaman dəstək verəcək.
Vitse-prezident bu bölgədə yaşayan əhalinin əməksevər və böyük intellektual potensiala malik olduğunu da vurğulayıb.
Xatırladaq ki, ötən ay İran Prezidenti Həsən Ruhani Urmiya gölünün bərpası üçün dövlət büdcəsindən 225 milyon dollar vəsaitin ayrılması və işçi qrupu yaradılması haqqında sərəncam vermişdir.//AzərTAc
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.