Ukrayna millisinin üzgüçüsü Andrey Xloptsov Avropa Oyunlarında 27 iyun keçirilən yarışlara qatıla bilməyib. Buna səbəb idmançının səhər vaxtında yuxudan ayılmaması olub. Bunun nəticəsində Ukrayna millisi qarışıq 100 metr kompleks ötürmə yarışlarına qatılmayıb. “Ukrayna millisinin lideri Andrey Xloptsov yatıb qalaraq səhər saatlarında olan yarışa qatılmayıb. Onu təcili şəkildə başqa idmançı ilə əvəz etmək mümkün olmayıb”, - deyə KİV vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Andrey Xloptsov Avropa Oyunlarında üzgüçülük üzrə 50 metr batterflyay yarışlarında qızıl, 50 metr arxa üstə yarışlarında isə bürünc medal qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.