"Barselona" klubunun futbolçusu Xavi Hernandez komanda yoldaşı Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Messinin İngiltərə Premyer Liqasında daha çox parlaya biləcəyini iddia edib:
"Düşünürəm ki, Messi İngiltərə Premyer Liqasında özünü daha yaxşı göstərə bilər. Çünki İngiltərədə komandalar tamamilə fərqli müdafiə olunurlar. İngilis klubları "Barselona"ya qarşı oynadıqda, futbolçular komanda şəklində deyil, fərdi müdafiə olunurdular. Bu isə Messi kimi futbolçuya qol vurmaq üçün geniş imkanlar açır".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.