ABŞ-da Quinnipiac Universitetinin araşdırması nəticəsində məlum olub ki, gündəlik istifadə edilən əşyaların çoxu daşıdığı bakteriya sayına görə xəstəlik mənbəyi sayıla bilər.
Bu əşyalardan ən böyük bakteriya daşıyıcısı gündəlik istifadə etdiyimiz diş fırçalarıdır. Xüsusilə də, çox insanın istifadə etdiyi hamamda mikrob sayı kifayət qədər çox olur. Araşdırmada o da məlum olub ki, diş fırçalarının ayrıca qoyulduğu qablar belə onu mikroblardan qorumur, hətta bakteriyaların çoxalması üçün şərait yaradır.
Qab yuyan maçalkalar nə qədər pasta ilə istifadə olunsa da, nəm qaldığı zaman bakteriyaları öz üstünə toplayır. 2 həftədən bir dəyişməklə bakteriyalardan özünü azacıq da olsa sığortalamaq olar.
Klaviaturalar çox istifadə olunduğu üçün tuşların arasına kir yığılması qaçınılmazdır. Ona görə də, mütəmadi olaraq təmizləmək azımdır.
Təmizlik dəsmallarının özü də elə bakteriya yuvasıdır. Nəm qaldığı təqdirdə bakteriyaların artması üçün şərait yaranır.
Qapı dəstəkləri sıx istifadə olunduğu üçün tez-tez silinməsi vacibdir.
Təmizliyinə etinasız yanaşılsa da, xalçalar ən azı ayda bir dəfə təmizlənməli və havalandırılmalıdır.
Televizor pultlarının təmizliyini gecikdirmək olmaz.
Nə qədər soyuducuda olsa da, buz qabları davamlı olaraq təmizlənmədikdə mikrob yuvallarına çevrilir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.