Misirin paytaxtı Qahirədə partlayış baş verib. Terror aktının hədəfi Misirin Baş prokurorunun olduğu avtomobil karvanı olub. Baş prokuror hücumdan sağ-salamat xilas olub, lakin onun iki cangüdəni və bir mülki şəxs yaralanıb.
Hücum Qahirədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vaxta təsadüf edib. Belə ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursinin devrilməsi məqsədilə kütləvi nümayişlərin başlamasının 2-ci ildönümü münasibətilə paytaxtda təhlükəsizlik gücləndirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.