banner
banner

Dünya

Putinlə Berluskoni görüşüblər

Putinlə Berluskoni görüşüblər

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiyaya qeyri-rəsmi səfər edib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu haqda xəbəri təsdiqləyib. O, Berluskoninin "Qazprom Neft"in Altaydakı obyekti olan qonaq evində qaldığını deyib. 

"Berluskoni, doğrudan da, Rusiyada qeyri-rəsmi səfərdədir. Vladimir Putin və Silvio Berluskoni Altayda görüşüblər. Amma mən görüşün təfərrüatlarını açıqlaya bilmərəm", - deyə Peskov əlavə edib. Putinin mətbuat katibi hələlik prezidentin yay məzuniyyətinə getməyəcəyini də bildirib.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkənin ən tanınmış və qalmaqallı siyasətçilərindən biridir. O, 3 dəfə ölkənin baş naziri olub. Berluskoni həm də "Milan" futbol klubunun sahibidir və "Forbes" jurnalının araşdırmalarına görə dünyanın ən zəngin insanlarından biridir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.