İsrail höküməti qonşu İordaniya ilə sərhəd boyunca səddin tikilməsini dəstəkləyib. İsrailin baş naziri Benyamin Netanyahu bununla bağlı bəyanat yayıb. Verilən rəsmi məlumatd adeyilir ki, səddin 30 km-lik ilk hissəsi Eylat şəhəri və Timna dərəsi arasında yerləşəcək. Səddin tikintisinin dəyəri 525 min dollardan çox qiymətləndirilir. Yeni sədd İsrailin Misir və Suriya ilə sərhədində artıq tikilmiş sədlərin eynisi olacaq. İsrail bu layihəni mövcud regionda təhlükəsizliyin artırılması zərurəti ilə izah edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.