Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) spiker seçimi ilə bağlı səsvermə keçiriləcək. TBMM-in daxili nizamnaməsinə əsasən, sədr seçkisi 4 turda baş tutacaq. Ədalət və İnkişaf Partiyasından (AKP) İsmət Yılmaz, Cümhuriyyət Xalq Partiyasından (CHP) Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Əkmələddin İhsanoğlu və Xalqın Demokrat Partiyasından (HDP) Dengir Mir Məhmət Fırat bu gün ilk iki turda, sabah isə üçüncü, lazım olarsa, 4-cü turda yarışacaqlar.
Seçkinin bu gün baş tutacaq ilk iki turunda partiya nümayəndələrinin öz namizədlərinə səs vemərləri gözlənilir. Birinci və ikinci turda bir namizədin seçilə bilməsi üçün 367 millət vəkilinin səsi lazımdır. İlk iki turda 367 səs verilməsə, sabah üçüncü tur baş tutacaq.
Üçüncü turda bir namizədin spiker olması üçün 550 millət vəkilinin yarıdan bir çoxunun (276) səsini toplaması lazımdır. Bu olmayacağı təqdirdə isə 4-cü turda ən çox səsi toplayan namizəd TBMM-nin spikeri olacaq.
Üçüncü mərhələdə ən yüksək səs əldə edən iki namizəd son mərhələyə keçəcək, ən çox səs toplayan isə TBMM sədri seçiləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.