Bu gün nüfuzuna görə Dünya və Avropa çempionatlarından heç də geri qalmayan futbol üzrə “Amerika Kuboku”nda 1/2 final görüşlərinə start verilib. 4 ildən bir keçirilən turnirdə finala vəsiqə qazanan ilk komanda məlum olub. Tarixi boyunca bu kuboka həsrət qalan və bu il keçirilən qitə çempionatına ev sahibliyi edən Çili millisi ilk yarımfinal görüşündə turnirin 2 qat qalibi Peru yığmasını mübarizədən kənarlaşdırıb.
Çilinin hər iki qolunu Eduardo Varqas (42, 64) vurub. Perunun qolu isə avtoqoldan gəlib. Qari Medelin səhvən öz qapısını vurduğu qol Çilinin minimal hesablı (2:1) qələbəsinə maneə olmayıb.
Digər yarımfinal cütündə isə son dünya çempionatının gümüş mükafatçısı, 14 qat Amerika Kubokunun qalibi Argentina yığması ilə bu turniri iki dəfə başı üzrəinə qaldırmış Paraqvay qarşı-qarşıya gələcək. Sonuncu dəfə kuboka 1979-cu ildə sahib çıxan Paraqvay artıq 1/4 finalda 5 qat dünya çempionu və 9 dəfə Amerika Kubokunu qazanmış Braziliyanı mübarizədən kənarlaşdırmaqla sürprizə imza atıb. Onların Argentina yığmasına baş ağrısı olacağı da gözləniləndir.
Qarşılaşma iyulun 1-i gecə 04:30-da baş tutacaq.
1916-ci ildən keçirilən Amerika Kubokuda ən çox sevinən tərəf (15 dəfə) Uruqvay yığması olub. Turnirin son kubokunu da (2011-ci il) elə Uruqvay komandası qazanıb. Cənubi Amerikalıları bu il ev sahibi Çili yığması 1/4 final mərhələsində mübarizədən kənarlaşdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.