Ötən gün Bağdadın insanların çox olduğu alış-veriş mərkəzlərində iki avtomobilə yerləşdirilmiş bomba partlayışları azı 12 nəfərin ölümünə səbəb olub.
ANS PRESS-in məlumatına görə, azı 29 nəfərin də yaralanması ilə nəticələnən hücumlardan biri Meştal, digəri isə Əmiriyə məhəllələrində həyata keçirilib.
Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin İŞİD yaraqlıları son bir neçə həftə ərzində bazar günü Bağdad yaxınlığındakı yoxlanış məntəqəsinə edilən hücum da daxil edilməklə, silsilə bomba hücumları həyata keçirdiyini bildirib.
Özünü müsəlman adlandıran və "Allahu Akbar" kəlməsi dilindən düşməyən İŞİD-çilər digər müsəlmanları kafir hesab edirlər.
Qeyd edək ki, bomba hücumları əsasən Bağdadın şiə məhəllələri olmaqla, demək olar ki, hər gün həyata keçirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.