banner
banner

Dünya

SMS-in ixtiraçısı vəfat etdi

SMS-in ixtiraçısı vəfat etdi
Qısa SMS bildirişlər texnologiyasının yaradıcısı adlandırılan finlandiyalı mühəndis Matti Makkonen 63 yaşında dünyasını dəyişib.
Cia.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, mühəndis tərəfindən mobil qurğular vasitəsilə qısa bildirişlərin ötürülməsi texnologiyası 1984-cü ildə kəşf edilib. Lakin M.Makkonen özünü SMS yaradıcısı hesab etməyərək qısa mobil bildirişlərin ötürülməsinin bir neçə insanın birgə səyi nəticəsində ərsəyə gəlməsini qeyd edirdi. Buna baxmayaraq o, 2008-ci ildə “The Economist” jurnalının innovasiyalar sahəsində SMS kəşfinə görə mükafatına layiq görülüb.
 
Finlandiya alimi “BBC” şirkətinə 2012-ci ildə verdiyi müsahibədə bildirib ki, onun tərəfindən yaradılan texnologiya aktuallığını itirir. “Artıq bizim SMS adlandırdığımız texnologiyaya ehtiyac qalmayıb. Bildirişlərin göndərilməsinə görə ödəniş etmək lazım deyil”, - o vurğulayıb.
 
Bununla belə, dünyada hələ də hər gün bir neçə milyard qısa bildiriş göndərilir.
 
Qeyd olunur ki, M. Makkonen kəşf üçün patent hüququ almamasına görə texnologiyadan istifadədən gəlir əldə etməyib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.