banner
banner

İdman

Azərbaycanlı hakimlər Çempionlar Liqasında

Azərbaycanlı hakimlər Çempionlar Liqasında

Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi FIFA (Beynəlxalq Futbol Federasiyaları Birliyi) referisi Əliyar Ağayev olacaq.
Cia.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən verdiyi məlumatına görə, bu işdə köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.

Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəli olan Ağayev hakimlik fəaliyyətinə 2009-2010-cu il mövsümündə Azərbaycan milli çempionatında debüt etməklə başlayıb. Həmin mövsüm daxil olmaqla ardıcıl 6 ildir hakimliklə məşğul olan FIFA referisi Çempionlar Liqası və Avropa liqası çərçivəsində cəmi 3 oyun idarə edib. Bundan başqa o, 2 dəfə 21 yaşlı gənclər arasında Avropa çempionatı, 1 dəfə isə yoldaşlıq oyunlarında söz sahibi olub.

Kariyeri boyunca 98 oyun idarə edən Əliyar Ağayev, futbolçuları 413 dəfə sarı, 19 dəfə isə qırmızı vərəqə ilə cəzalandırıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.