Almaniyada qeyri-adi faciəvi hadisə baş verib. Baunatal şəhərində yerləşən "Volkswagen" avtomobil zavodunda avadanlığın tənzimləməsi zamanı gənc işçi robot tərəfindən öldürülüb. Robort əməkdaşın döş qəfəsini xıncım-xıncım edib. Faciə mühərriklərin quraşdırılması sexində qeydə alınıb. Burada sənaye robotlarının təchizatçı firmasının 21 yaşlı əməkdaşı qurulmuş avadanlığın tənzimləməsi ilə məşğul olurdu. Ölüm dəqiqəsində oğlan robotun daxilində olub.
"Volkswagen"in nümayəndəsi Xeyko Xillviq deyib ki, ikinci qurucu aqreqat bayırda yerləşirdi. Onun işədüşmə komandası üzrə robot hərəkətə gəlib və robortun içində olan gənc oğlanı polad lövhəyə sıxıb və onun sinəsini deşib.
Konsernin mətbuat xidməti baş verən hadisə ilə bağlı ətraflı məlumat verməkdən imtina edib. Sadəcə, bildirilib ki, rəsmi araşdırmalara başlanılıb və onun nəticələrini gözləmək lazımdır. Araşdırmanı Hessen ərazisinin hüquq-mühafizə orqanları aparır. Hadisə zamanı robot təchizatçı firmanın mülkiyyətində olub. Firma əməkdaşlarının təhlükəsizlik qaydalarına əməl etməsi çox lazımdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.