banner
banner

İdman

Avropa Liqasının qalibi "Milan"da

Avropa Liqasının qalibi "Milan"da

İtaliyanın "Milan" klubu heyətini gücləndirməkdə davam edir.
Komanda Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda oynayan Luis Adrianonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 2009-cu ildə Ukrayna klubunun heyətində Avropa Liqası qazanan braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun gələn həftədən komandaya qoşulacağı bildirilib.


"Şaxtyor"un rəsmi saytı - Luis Adrianonun transferi haqqında

Kariyerası olduqca zəngin olan Luis futbola Braziliyanın “İnternasinal” klubunda başlayıb. Burada bir mövsüm çıxış edən futbolçu 15 matçda bir qola imza atıb. 2007-ci ildən Ukraynanın "Şaxtyor" klubunda forma geyinən Adriano 154 qarşılaşmada 54 dədə rəqibi cəzalandırıb. Donetsk klubunun heyətində 6 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi, 5 dəfə Ukrayna super kubokunun qızıl medallarına sahib çıxıb.


Karlos Bakka

Yeddi dəfə Çempionlar Liqasının qalibi - "Milan" klubu bir neçə gün bundam əvvəl "Sevilya" ilə iki dəfə Avropa liqasının qızıl medallarına sahib çıxmış Kolumbiyalı hücumçu Karlos Bakkanı da transfer etmişdi.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.