banner
banner

İdman

Amerika Kubokunda final gecəsi

Amerika Kubokunda final gecəsi

Sabah Çilidə keçirilən futbol üzrə Amerika Kubokunda çempionun adına aydınlıq gələcək.
4 ildən bir keçirilən turnirin finalında son dünya çempionatının gümüş mükafatçısı Argentina və ev sahibi Çili yığmaları üz-üzə gələcək. Maraqlı məqam orasındadır ki, hər iki komanda bu görüşə qədər keçirdiyi 5 qarşılaşmada 4 qələbə qazanıb, 1 dəfə heç-heç edib. Sadəcə olaraq top nisbətində Peru millisi Argentinanı üstələyir. Belə ki, Argentina 11 dəfə rəqib qapılarına yol tapsa da 3 dəfə topu öz qapısından çıxarmalı olub. Perunun top nisbəti isə 13:4-dü.
Çilidə keçirilən sayca 44-cü Amerika Kubokunun final görüşü iyulun 5-i, saat 01:00-da başlayacaq.
1916-ci ildən keçirilən Amerika Kubokunda ən çox sevinən tərəf (15 dəfə) Uruqvay yığması olub. Turnirin son kubokunu da (2011-ci il) elə Uruqvay komandası qazanıb. Finala vəsiqə qazanmış Argentinanın aktivində 14 çempionluq var. Onun finaldakı rəqibi, qitə çempionatına ev sahibliyi edən Çili isə tarixi boyunca bu kuboku bir dəfə də olsun qazanmayıb. 
Final görüşünün gərgin mübarizə şəraitində keçəcəyini indidən söyləmək olar. ArgentinaAmerika kubokuna sahib çıxmaqla Uruqvayla çempionluq sayını eyniləşdirə bilər. Çili isə ilk dəfə vəsiqə qazandığı finalı əldən vermək istəməyəcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.