Avropa üzərində müşahidə olunan isti hava kütləsi İtaliyada da özünü göstərib. Fransa və Almaniyanın ardınca İtaliyada da tempratur 40 dərəcəni keçib. Paytaxt Romada turistlər sərinləmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışıblar. Bəziləri fəvvarənin altında, bəziləri parklarda suya girməklə, bəziləri isə sərin su və dondurma ilə istiləri dəf etməyə çalışıblar.
Oxşar vəziyyətdə hazırda əksər Avropa ölkələrində də hökm sürür.
Şimal yarımkürəsinin bir hissəsi yüksək temrpaturdan əziyyət çəkdiyi halda digər bir hissəsində - Rusiyanın Vorkuta şəhərində qar yağıb. Şimal qütb dairəsində yerləşdiyi üçün Vorkuta şəhərində, adətən, soyuq havalar müşahidə olunur. Lakin fəslin belə çağında regiona qar yağması yerli əhali üçün süpriz olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.