Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Rudar" (Monteneqro) - "Qarabağ" (Azərbaycan) cavab oyununun vaxtı müəyyənləşib.
Cia.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmada iyulun 22-i, Petrovaç şəhərinin “Pod Malim Brdom” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, bu gün komandalar arasında ilk görüş iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşma saat 21:30-da start götürəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.