Orqanizmin sağlam olması üçün düzgün nəfəs alıb-vermək çox önəmlidir.
Ona görə də, ağciyərlərdə yaranan problemlər orqanizmin sağlamlığını təhlükə altında qoyur. Tənəffüs zamanı aldığımız çirkli hava qana keçir və qandan karbondioksidi xaric edir. Öskürək, xırıltı, bronxit kimi problemlər nəfəs almağı çətinləşdirir.
Siqaret çəkənlərin ağciyərlərində toplanan nikotinin təsiri də illərlə davam edir. Lakin bəzi qidalar bu təsiri azaltmaq gücünə malikdir. Ağciyəri təmizləyən qidaların siyahısını təqdim edirik:
Ekineziya: Bütün problemlərdən ağciyərləri və tənəffüs yollarını qoruyan kirpiotu (ekineziya) bitkisi sayəsində xilas ola bilərsiniz. Çünki bu bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir. Kirpiotunun tərkibindəki polisakkarit və “alkylamides” adlı maddələr ağciyərlərdə yaranan digər problemlərin də qarşısını alır.
Gicitkən: Bu bitki bol miqdarda dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələrdən ibarətdir. Gicitkən otu bədəndə yığılan nikotini təmizləyir.
Kivi:Nikotinin orqanizmdən atılmasını təmin edir. Bu meyvənin tərkibindəki vitaminlər, mikroelementlər insanı ətrafdakı fiziki və zehni yüklənmələrdən müdafiə edir. Hər gün menyusuna kivi meyvəsi daxil edən insan stressdən də maksimum qorunmuş olur. Kivi həmçinin böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Bu əvəzolunmaz meyvə bədəndəki duzları xaric edir. Bu da böyrəkdə və ya digər orqanlarda daşın yaranmasının qarşısını alır.
Yerkökü suyu: Siqaretdə olan nikotinin orqanizmdə 3 gün qaldığını unutmayın. Nikotin ancaq ağciyərlərə zərər vermir. O həm dərinin qocalma prosesini sürətləndirir. Dəriyə zərər verən nikotinin bu təsirini azaltmaq üçün yerkökü suyu için. Vitaminlər baxımından zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən təmizlənməsini təmin edir.
Su: Su orqanizmdəki zəhərli maddələrin atılması üçün çox əhəmiyyətlidir. Orqanizminiz susuz qalarsa, hüceyrələrin yenilənməsi və nikotinin təsirlərinin azalması çətinləşir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.