Obama administrasiyası Ebola virusu ilə mübarizə səylərini davam etdirir.
Nyu-Yorkda BMT-nin yığıncağında etdiyi çıxışı zamanı ABŞ prezidenti Ebolanın regional və qlobal təhlükəsizliyə hədə adlandırıb.
Barak Obama deyib ki, Liberiya, Syerra Leonedə səhiyyə sistemi dağılmış vəziyyətdədir. ABŞ prezidenti epidemiyanın yayılmasının dayandırılmasının bütün dünyanın marağında olduğunu vurğulayıb.
"İqtisadi inkişaf kəskin şəkildə enib. Epidemiya dayandırılmasa regionu humanitar fəlakət bürüyəcək "- deyə ABŞ dövlət başçısı bildirib.
Barak Obama BMT-yə üzv ölkələri tibbi yardımların artırılmasına çağırıb.
BMT-nin baş katibi Pan Gi Mun deyib ki, görüşün məqsədi ebola ilə mübarizədə dünya ölkələrini bir araya gətirməkdir.
ABŞ prezidenti ötən həftə Qərbi Afrika ölkələrinə yardım məqsədi ilə 1 milyard dollarlıq vəsait ayrıldığını elan edib.
Amerika Afrikaya artıq həkimlər, alimlər və hərbi personal göndərib.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Ebola Afrikada 3000-dən artıq insan həyatına son qoyub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.