banner
banner

Dünya

Türkiyədə dəhşətli qəza: 15 nəfər öldü

Türkiyədə dəhşətli qəza:

Türkiyənin Manisa vilayətində çox sayda işçinin ölümü ilə nəticələnən dəhşətli yol nəqliyyat qəzası baş verib. Vilayətin Gölmarmara rayonunda tarla işçilərini daşıyan üstü açıq yük maını Hacıevlər məhəlləsinin yaxınlığındaTIR-la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. 



Qəza barədə məlumat verən Manisa meri Erdoğan Bektaş, eyni kənddən olan 13 nəfəri qadın olan 15 nəfərin öldüyünü, qəzanın qarşı tərəfdəki süd avtomobilinin sürücüsünün yatması səbəbindən baş verdiyinin güman olunduğunu bildirir. 



“Səhər saat 05.30 – 06.00 arasında Hacıevlər məhəlləsinin yaxınlığında üzüm yarpağı toplamaq üçün yola çıxan təsərrüfat işçilərini aparan üstü açıq yük maşını süd maşını ilə toqquşub. Qəzada eyni kənddən 13 nəfəri qadın olmaqla 15 nəfər ölüb. Qəzanın baş verdiyi yol geniş, düz və baxış bucağı açıq görünür. Süd avtomobilinin sürücüsünün yatmış ola biləcəyi ifadə edilir. Amma araşdırmalar davam edir. Doğrudan da dəhşətli hadisədir. Yuxunun ağır olduğu vaxtda yuxusunu almamış yola çıxmaq necə izah oluna bilər, başa düşmürəm. Bir kənddən 15 meyit çıxacaq, bu izdırabı ifadə etmək mümkün deyil. Allah rəhmət eləsin. Allah səbr versin”. 




Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.