banner
banner

Dünya

Uyğurlar vəziyyətdən məmnundurlar: Rəsmi Pekin

Uyğurlar vəziyyətdən məmnundurlar:

Çin Xalq Respublikasının xarici işlər naziri ölkənin qərbindəki Uyğur muxtariyyətində hər hansı bir etnik problem olmadığını deyib. Bu barədə məlumatı Çinin Xarici İşlər Nazirliyinin məruzəçisi Hua Çunyinq “Reuters”ə açıqlamasında deyib. Sözçü uyğurların dinc, əmin-amanlıq şəraitində vəziyyətlərindən məmnun yaşadıqlarını deyib. 

“Uyğurlar dinc, əmin-amanlıq içində vəziyyətlərindən razı yaşayır və işləyirlər. Konstitusion qanunlar çərçivəsində dini azadlıqlarından da istifadə edirlər. Yəni mətbu orqanlarda yazıldığı kimi Sincanda hər hansı bir etnik problem yoxdur”. 

Xatırladaq ki, son günlər bir çox ölkələrin, xüsusilə də Türkiyə mətbuatında Çində uyğur türklərinin yaşadığı Sincan bölgəsində etnik soyqırımına məruz qalmaları, habelə onların oruc tutmasının və ibadət etmələrinin yasaqlanması barədə xəbərlər yayılmışdı.

Cia.az

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.