banner
banner

İdman

“Biz tələsməməliyik”- “Neftçi”nin hücumçusu

“Biz tələsməməliyik”-

“Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inanıram”. 

Bu sözləri  UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” – “Neftçi” matçı öncəsi “ağ-qaralar”ın futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Rəqibin müdafiədən oynayacağını gözlədiklərini bildirən yarımmüdafiəçi mərhələ adlamaq şanslarının olduğunu bildirib: “Biz Monteneqroya elə-belə gəlməmişik. “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çünki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək bu əla olacaq, amma, tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.