Alp dağlarında yerləşən İtaliya kəndi “eBay” internet hərracında satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, 14 ev və 50 digər tikilinin də daxil olduğu Calsazio kəndinin ilkin qiyməti 245 min avrodur. Amma alıcının xərci təkcə bununla bitməyəcək. Buradakı evlər acınacaqlı vəziyyətdə olduğuna görə, onların hamısı bərpa olunmalıdır. Kəndin internet vasitəsilə satılması isə sakinlərin öz qərarıdır. Onlar bu üsulla kəndi təmamilə boşalmaqdan xilas etmək istəyirlər.
Onların fikrincə, lazımi vəsait qoyulmaqla buradakı atılmış binaların yerində yeni otellər, restoran və mağazalar tikmək və kəndi turistlərin sevimli məkanına çevirmək olar.
Satışa çıxarılan kənd Turin şəhərindən 50 kilometr məsafədə, İtaliyanın məşhur “Qran Paradizo” milli parkının yaxınlığında, əla mənzərəsi olan dağlar, göllər və dərələrin əhatəsində yerləşir.
Sakinlər ümid edir ki, kəndin gözəl mənzərəsi bura çoxsaylı turistləri cəlb edəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.