banner
banner

Dünya

Berluskoni 3 il müddətinə həbs olundu

Berluskoni 3 il müddətinə həbs olundu

İtaliyanın Neapol şəhər məhkəməsi çərşənbə günü ölkənin sabiq baş naziri Silvio Berluskonini 2007-ci ildə o zaman Romano Prodinin rəhbərlik etdiyi hökuməti devirmək üçün senatorları satın almaqda müqəssir bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

Pprokurorluq keçmiş baş nazirin bu qalmaqallı işə görə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Neapolda Berluskoni üzərində məhkəmə prosesi 2014-cü ilin fevral ayında başlayıb. Dövlət ittihamçısının fərziyyəsinə görə, 2007-ci ildə müxalifətdə olan Berluskoni sonda onun tərəfinə keçən hakim partiyadan olan bəzi senatorların satın alınmasına bir neçə milyon avro sərf edib. 

O, məhz bundan sonra hökumətdə böhran yaratmağa müvəffəq olub və nəticədə baş nazir Romano Prodi 2008-ci ilin yanvarında istefa verib. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.