banner
banner

İdman

"Məğlubiyyət faciə olmayacaq" – Samir Əliyev

"Məğlubiyyət faciə olmayacaq" –
“Neftçi”nin baş məşqçisi Samir Əliyev  Avropa Liqasının ilk təsnifat mərhələsinin  "Mladost"la cavab matçı öncəsi  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis mərhələni keçmək üçün hər iki komandanın şanslı olduğunu deyib:

"Mladost" yaxşı komandadır. İlk oyunda olduğu kimi, bu dəfə də nəticə üçün oynayacaqlar. Əsas tapşırıqları qol buraxmamaq olacaq. Ötən illə müqayisədə bizim heyətimiz çox dəyişib. Bununla belə gənc futbolçularımıza güvənirəm. Biz meydana qələbə əzmi ilə çıxacağıq. Məğlubiyyət isə faciə olmayacaq. "Mladost" evdə oynayır. Üstünlük onların tərəfində sayıla bilər. Amma mən şansları bərabər qiymətləndirirəm. Havanın isti olması oyuna təsir etsə də, hər iki komanda üçün təbii şərtlər eyni olacaq".

Xatırladaq ki, oyun bu gün  Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.