|
"Tottenhem" yeni futbolçu alıb. Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi müqavilə ilə "Atletiko"ya məxsus olan Tobi Alderveyreldi transfer edib. 26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Qeyd edək ki, T.Alderveyreld ötən mövsüm icarə əsasında "Sauthempton"da oynayıb. Cia.az
|


