"İnter"in yeni baş məşqçisi Roberto Mançini cari mövsümdə ilk transferini gerçəkləşdirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi olan Milan təmsilçisi "Hayduk"un (Split) futbolçusu Boris Rapaiçi heyətinə cəlb edib. 17 yaşlı hücumçu "İnter"də icarə əsasında oynayacaq. İtaliya klubu cari mövsümün sonu 500 min avro qarşılığında futbolçunu birdəfəlik ala biləcək.
Qeyd edək ki, B.Rapaiç Xorvatiya millisinin keçmiş futbolçusu Milan Rapaiçin oğludur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.