“Neftçi” səfərdə, “Qəbələ” və “İnter” evdə- Avroliqa həyəcanı
Bu gün UEFA Avropa Liqasında 1 təsnifat mərhələsinin görüşləri keçiriləcək. Cia.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli turnirində təmsil edən 3 komandada meydana çıxacaq.
3 təmsilçimizdən biri – “Neftçi” səfərdə meydana çıxacaq. “Ağ-qaralar” Monteneqro paytaxtı Padqoritsada ilk oyunda 2:2-lik bərabərlik etdiyi “Mladost”la üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 23:30-da başlayacaq.
Səfərdə Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna 1:2 hesabı ilə uduzan “Qəbələ” bu dəfə doğma azarkeşlər önündə meydana çıxacaq. Bu matçın start fiti saat 21:00-da veriləcək.
Albaniyada “Laçi” klubu ilə 1:1-lik heç-heçə edib vətənə sərfəli nəticə ilə dönən “İnter” də evdə oynayacaq. Bu qarşılaşma da saat 21:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.