Dünyanın ən kiçik şəhərlərinin siyahısı açıqlanıb.
Axşam.az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır.
O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir. Əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdədir. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəri qərarlaşıb.
Bu şəhərdə nisbətən çox adam - 390 nəfər yaşayır.
Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıyaalmaya görə burada 992 nəfər yaşayır, halbuki uzaq 1956-ci ildə bu şəhərdə 2008 nəfər yaşayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.