banner
banner

İdman

"Qəbələ"nin rəqibi bəlli oldu- "İnter" gözləyir

"Qəbələ"nin rəqibi bəlli oldu-
Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki rəqibləri bu gecə müəyyənləşir.
"Qəbələ" "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya), "İnter" isə “Hafnarfyordur" (İslandiya) -  SJK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaqdı.
Artıq "Qəbələ"nin rəqibi bəlli olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Çukariçki" klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. Bu isə o deməkdir ki, "Qəbələ" ikinci təsnifat mərhələsində məhz "Çukariçki" klubu ilə qarşılaşacaq. 
 
Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda - "Hafnarfyordur" minimal hesablı qələbə qazanıb - 1:0. İslandiyada keçiriləcək oyundan sonra "İnter"in rəqibi müəyyənləşəcək.
 
Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Albaniyanın "Laçi", "Qəbələ" isə Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz "Neftçi" isə "Mladost" səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb. 
 
23:00. "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya) - 0:0 
(İlk oyun - 1:0)
 
00:15. “Hafnarfyordur" (İslandiya) -  SJK (Finlandiya)
(İlk oyun - 1:0)
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.