Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanların kəşf etdiyini söyləməsi İspaniyadan sonra Almaniyada da gülüşlə qarşılanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması Bir sıra avropa ölkələri kimi almanların da diqqət mərkəzində olub. Almaniyanın “Tageszeitung” qəzeti Ərdoğanla bağlı karikatura hazırlayıb.
Karikaturada məşhur səyyah X.Kolombun Kubaya çatarkən “Ərdoğan burada idi” yazısını görüb təəccübləndiyi təsvir edilib. Altda isə “1492-ci ildə Amerikanı Kolomb kəşf etməyib” yazılıb.
Xatırladaq ki, Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.