banner
banner

Sağlamlıq

Protein qəbul edən idmançılara - HƏKİM XƏBƏRDARLIĞI

Protein qəbul edən idmançılara -

İdeal çəkiyə və bədən quruluşuna sahib olmaq hər insanın arzusudur. Bu arzuya nail olmaq üçün isə mütəmadi şəkildə idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır. Düzgün qidalanmaq dedikdə süd, qatıq, kəsmik, qaynadılmış toyuq əti, balıq, yumurta bal, yağ nəzərdə tutulur. Lakin bir çox insan qarşısına qoyduğu məqsədlərə tez çatmaq üçün son zamanlar dəbdə olan protein, kreatin, veyder, amin turşuları, qeyner kimi idman qidalarından istifadə edirlər.

Protein – orqanizmdə metobalizmi gücləndirir və əzələni qidalandırır

Kreatin - əzələ zülallarının sintezinə səbəb olur və əzələ hüceyrələrinin həcmini artırır

Amin turşuları - 80% proteinlə eyni xüsusiyyətə malikdir və dərman şəklində olduğu üçün istifadəsi daha rahatdır. Bu qida əzələ kütləsinin və gücün artımını sürətləndirir.

Veyder - proteinin bir növüdür və insanın kökəlməsinə səbəb olur.

Qeyner - insana daha çox enerji verir və optimal enerji fonu yaradır.

Bəs görəsən məsləhətsiz qəbul edilən bu idman qidaları orqanizmə nə dərəcədə təsir edir?

Məsələ ilə bağlı Aile.lent.az-a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkim-qastroenteroloqu Anar Salayevin sözlərinə görə, son zamanlar aparılan araşdırmalar göstərir ki, bu cür qidalar insanda ürək-böyrək çatışmazlığı yaradır, hətta əzələlər bir müddətdən sonra inkişafdan qala bilir. Həkim bildirib ki, belə qidaların istifadəsi üçün ilk olaraq yaş məhdudiyyəti olmalıdır. Həmçinin 16-18 yaşlı insanların bu maddələri qəbul etməsi qadağandır.

A.Salayevin sözlərinə görə, “body building”lə məşğul olan insanlar belə, bu cür idman qidalarından az istifadə etməlidir.

İdman mütəxəssisləri isə bildirir ki, idman qidalarını çox az miqdarda və fasilələrlə istifadə etmək lazımdır. Həddindən artıq istifadə edilmiş bu kimi maddələr artıq tam formalaşmış idmançılarda belə, bir sıra fəsadlar, hormonal pozğunluqlar yarada bilər.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.