banner
banner

Dünya

Honq Konqda yenə ara qarışdı

Honq Konqda yenə ara qarışdı

Çinin yarımmuxtar regionu Honq Konqda hökumətə qarşı keçirilən etiraz aksiyaları yenidən şiddətlənib.

ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində bir qrup fəal qanunverici şuranın binasına soxulmağa çalışıb. Aksiyaçılar binanın qapısını qıraraq zorakılıqlar törədiblər. Honq Konq polisi güc tədbiq edərək aksiyanı dağıtmaq məcburiyyətində qalıb. Zorakı şəxslərə qarşı gözyaşardıcı qazlardan istifadə olunub. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Artıq bir neçə aydır ki, Honq Konqda fəallar demokratik islahatlar tələbi ilə hökumətə qarşı çıxışlar edirlər. Şəhər rəhbərliyinin yerli əhalinin iradəsi ilə seçilməsi istəyi fəalların əsas tələblərdən biridir.

Hazırda Honq Konqda rəhəbrlik üçün namizədlər rəsmi Pekin tərəfindən müəyyənləşdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.