banner
banner

Dünya

Polis idarəsinə bomba atıldı

Polis idarəsinə bomba atıldı

Türkiyənin Diyarbəkir vilayətində polis idarəsinə kustar yolla hazırlanmış bomba atılıb.

ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayəti Bağlar rayonunda yerləşən polis idarəsinə naməlum şəxs və ya şəxslər tərəfindən hücum təşkil edilib. Üzü bağlı olan hücumçuların idarəyə bomba atmasından sonra ətrafda böyük səs-küy yaranıb.

Ərazidə olan sakinlər arasında panika yaşanıb. Lakin xoşbəxtlikdən partlayışda ölən və yaralanan olmayıb.

Polis qruplar şəklində küçələrdə axtarışlar başladıblar. Hələ ki, cinayətkarlardan heç bir iz tapılmayıb.

Qeyd edək ki, Bağlar rayonunda yerləşən Diyarbəkir Polis İdarəsi binası şəhərin ən yaxşı qorunan binaları arasında yer alır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.