banner
banner

İdman

Messi “Barselona”nı tərk edir?

Messi “Barselona”nı tərk edir?

“Barselona”nın hücumçusu Kataloniya təmsilçisini tərk etmək istəyir.

Apasport.az saytının məlumatına görə, bu haqda Argentina millisinin futbolçusu ölkəsinin mətbuatına açıqlamasında bildirib.

Həmişə müsahibələrində “Barselona”da xoşbəxt olduğunu və karyerasının sonuna qədər İspaniya komandasında forma geyinəcəyini vurğulayan Messi bu dəfə Kataloniyadan ayrıla biləcəyinə işarə vurub: “Hazırda “Barsa”da çıxış edirəm. Mövsümü titullarla başa vurmaq istəyirəm. Başqa şey haqda fikirləşmək hələ tezdi. Mən həmişə demişəm ki, karyeramın sonuna qədər “Barselona”da qalmaq istəyirəm. Lakin həyatda elə anlar baş verir ki, hər şey sənin özünün istəyindən asılı olmur. Məndən olsaydı, “Barselona”da həmişəlik qalardım. Ancaq indi futbolda o qədər şeylər olur ki, gələcək haqqında danışmaq çox çətindi”.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Leo 2003-cü ilədən “Barsa”da çıxış edir. O, La Liqa təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionu, 2 dəfə ölkə kuboku və 6 dəfə də İspaniya Superkubokunu qazanıb. Messi Çempionlar Liqasına 3 dəfə, klublar arası dünya çempionluğuna 2 dəfə sahib olub. Həmçinin argentinalı ard-arda 4 dəfə “Qızıl top”a yiyələnib. Bundan başqa, o, bir çox rekordlar və mükafatlar əldə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.