Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iftar yeməyində koalisiyanın tez bir zamanda qurulması üçün partiyalara mesaj verib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident yeni hökumətin tez bir zamanda qurulmasına ehtiyac olduğunu deyib: “Bu mövzuda bütün partiyalara məsuliyyət düşür. Bu gün Türkiyənin keçmişini mübahisə etməyə yox, mövcud problemlərin həlli və gələcəyi üçün güclü bir koalisiya hökumətinə ehtiyac var. Belə bir uzlaşma təmin edilə bilmədiyi təqdirdə, hər zaman ifadə etdiyim kimi həll yolu yenə millətdir. Madam ki, parlamentdə bu iş həll edilə bilmədi, onda qoy xalq bunu həll etsin".
Ərdoğan çıxışı zamanı prezident olduğu müddətdə qanundan kənar bir şey etmədiyini xüsusilə qeyd etmək istəyib: “Prezident vəzifəsini boynuna götürdüyüm gündən bəri etdiyim hər şey konstitusiyaya uyğundur. Şəxsiyyətimə və prezidentlik statusuma bir çox yalan iddialar, böhtanlar atılır. Prezident olaraq hüququn xaricinə çıxan ən kiçik bir adımım, cəhdim olmayıb və olmayacaq”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.