Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidə ən çox səs toplayan partiya olan AKP-nin sədri Əhməd Davudoğluna hökuməti qurmaq vəzifəsini verməsindən sonra baş nazir bu istiqamətdə fəaliyyətə başlayıb. Davudoğlu koalisiya hökuməti qurmaq üçün sabah liderlərlə görüşə başlayacaq. Əhməd Davudoğlu ilk mövbədə seçkidə ikinci partiya olmuş CHP-nin sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək. CHP artıq bu istiqamətdə müzakirələrə başlayıb. Koalisiya hökuməti üçün CHP-nin şərtlərindən biri də növbəli baş nazirlik sistemi olacaq. Bu sistemə görə, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu növbə ilə Türkiyənin baş naziri olmalıdırlar. Bu mümkün olmasa və AKP ilə CHP koalisiya hökuməti qurarsa K. Kılıçdaroğlu baş nazirin müavini kimi nazirlər kabinetinə girməyəcək və baş nazirin müavini vəzifəsində onu başqası əvəz edəcək. CHP kulvarlarında bu vəzifə üçün 2 partiya üzvünün adı çəkilir. Onlar İstanbul millət vəkilləri Akif Hamzaçebi ilə Erdoğan Toprakdır. Ötən gün isə CHP administrasiyası sabahkı görüşdə partiyalarının koalisiya hökuməti qurmaq üçün irəli sürülən 14 şərtə Əhməd Davudoğlunun verəcəyi reaksiyanı dinləyəcəklərini açıqlayıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.