Axırıncı dəfə 300 il əvvəl yaşanmış “kiçik buz dövrü”nün qarşıdakı 15 il ərzində yenidən dünyanı öz təsiri altına alacağı gözlənilir.
Alimlər günəşdəki aktivliyin 2030-2040-cı illər arasında 60 faiz aşağı düşəcəyini proqnozlaşdırıb. Bu isə kiçik buzlaşma dövrünü yaşamağımıza səbəb olacaq.
"Maunder Minimum" adlandırılan kiçik buzlaşma dövrü axırıncı dəfə günəşdəki partlayışların ən az baş verdiyi 1645-1715-ci illər arasında olub.
Bu proqnoz Galler-də təşkil olunan Beynəlxalq Astronomiya toplantısında professor Valentina Zharkova və onun rəhbərlik etdiyi qrup tərəfindən irəli sürülüb.
Elm adamları 1843-cü ildə günəşdəki patlayışların hər 10-12 ildən bir fərqli surətdə dəyişdiyini bildiriblər.
1976-2008-ci illərdə baş verən üç günəş dövretməsini analiz edən və günəşin gələcək fəallıqlarının 97% ehtimalla bir sistemlilik təşkil etdiyini ifadə edən alimlər, 2030-2040-cı illər arasında baş verəcək kiçik buzlaşma dövründə bəzı çayların tarixdə ilk dəfə donacağını və bəzi bölgələrdə əvvəllər heç təsadüf edilməyən səviyyədə qarın yağacağının təxmin edirlər.
Bu yeni sistemə görə qarşıdakı iki günəş dövretməsində günəş ləkələrinin sayı azalacaq.
2022-ci ildə meydana gələcək “Dövretmə 25” və 2030-cu ildən 2040-cı ilədək davam edəcək "Dövretmə 26” zamanı günəşin fəallığı əhəmiyyətli dərəcədə aşağı olacaq və dünya yeni buzlaşma dövrünə qədəm qoyacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.