banner
banner

İdman

UEFA rəqiblərimizi cəzalandıracaq

UEFA rəqiblərimizi cəzalandıracaq

UEFA AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibləri İtaliya və Xorvatiyanı cəzalandıra bilər.

Apasport.az saytının məlumatına görə, buna sözügedən komandaların noyabrın 16-da Milan şəhərində keçirilən oyununda baş verən xoşagəlməz hadisələr səbəb olub.

Artıq ali futbol qurumu bununla bağlı intizam işi açıb.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan İtaliya – Xorvatiya matçı qarşılaşmanın 75-ci dəqiqəsində qonaq komandanın əyləşdiyi tribunada qarışıqlıqlara görə dayandırılıb. Oyun 10 dəqiqədən sonra yenidən davam edib.

UEFA-dan bildirilib ki, italiyan azarkeşlər günhgar sayılır. Xorvat fanatlar isə irqçi davranışı və stadiona yanan maddələr atmasına görə ittiham edilir.

UEFA-nın Nəzarət-İntizam və etik instansiyası işə dekabrın 11-də baxacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.