banner
banner

Dünya

Ukraynanın qərbində yeni münaqişə: 3 polis maşını məhv edildi

Ukraynanın qərbində yeni münaqişə:

Ukraynanın qərbində Macarıstan sərhədi yaxınlığında yerləşən Mukaçyovo şəhərində Sağ Sektor silahlıları və polis qüvvələri arasında baş vermiş qanlı toqquşmadan sonra vəziyyət gərgin olaraq qalır. Hələlik səbəbi açıqlanmayan insidentdən sonra polis əməkdaşları ilə radikal döyüşçülər arasında atışma baş verib. Silahlılar avtomat silahlardan və qumbaraatanlardan istifadə edib.
Ukrayna Daxili İşlər Nazirliyi toqquşma nəticəsində üç döyüşçünün həlak olduğunu, 10-a yaxın insanın, o cümlədən də üç mülki şəxsin yaralandığını açıqlayıb. Qumbaraatanlardan açılan atəş nəticəsində üç polis maşını da məhv edilib.

Hücuma keçən silahlı dəstə bir müddət şəhər yaxınlığındakı istirahət kompleksinin binasında gizlənib. Polis mühasirəsindən qaçdıqdan sonra silahlılar yaxınlıqdakı meşəliyə sığınıb. 
Hüquq-mühafizə orqanları silahlıların gizləndiyi ərazidə mülki itkilərin baş verməsnin qarşısını almaq üçün kənd sakinlərini həmin ərazidən evakuasiya edib.
Hazırda Sağ Sektor yaraqlılarının tərksilah edilməsi üçün danışıqlar gedir. Ukrayna höküməti saxlanılacaq bütün döyüşçülərin insidentin obyektiv araşdırılması üçün xüsusi müşayət altında Kiyevə gətirilməsinə göstəriş verib. 

Yaraqlılar Sağ Sektorun lideri, Ali Rada deputatı Dmitri Yaroşun onlara müraciət edəcəyi təqdirdə təslim olacaqlarını deyiblər. 
Artıq Ukrayna mediasında Sağ Sektor fəallarının Kiyevə qarşı müharibə elan etməsi və bir neçə şəhərdə daxili işlər nazirinin istefası tələbilə aksiyaları başladığı xəbərləri yayılıb.
Sağ sektor Ukraynanın radikal-millətçi təşkilatıdır. Bundan əvvəl 2014-cü ilin yanvar və fevral ayında da adıçəkilən təşkilatın döyüşçülərilə güc strukturu əməkdaşları arasında oxşar silahlı insidentlər yaşanıb və döyüşçülər inzibati binaların tutulmasında fəal iştirak edib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.