“Liverpul”un futbolçusu Rahim Sterlinq komandasını tərk edəcək.
Gənc yarımmüdafiəçi “Manşester Siti” ilə razılığa gəlib. “Şəhərlilər” Sterlinq üçün “Liverpul”a 61 milyon avro ödəyəcək. Klub Çempionlar Liqasının qalibi olarsa, daha 7 milyon avro ödəniləcək. Qeyd edək ki, 20 yaşlı futbolçu “Liverpul”da 95 oyun keçirib, 18 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.