banner
banner

İdman

"Eybar"la uğur qazana bilərəm"

"Eybar"la uğur qazana bilərəm"

Yeni mövsümdən İspaniyanın "Eybar" klubunda çıxış edəcək Azərbaycan milisinin futbolçusu Eddi İsrafilov ötən gün rəsmən ictimaiyyətə təqdim olunub.

Cia.az-ın məlumatına görə, bir il icarə əsasında "Eybar"da oynayacaq 22 yaşlı futbolçu keçidi haqda fikirlərini klubun rəsmi saytına bildirib:

"Növbəti mövsümü "Eybar"da keçirməyi qərara aldım. Danışıqlar uğurlu alındı və asanlıqla anlaşdıq. Düşünürəm ki, "Eybar"da uğur qazana bilərəm. Komandanın ötən mövsümkü çıxışını bəyəndim. Fikrimcə, yeni komandama faydalı olacam. Sadəcə mənə bir qədər vaxt lazımdır. Bu ilin "Eybar" üçün çox uğurlu olacağına inanıram".

Klub prezidenti Aleks Aranzabal da millimizin üzvü haqda xoş sözlər deyib: "Eddi fiziki cəhətdən yaxşı formadadır. Hava mübarizələrində yaxşı təsir bağışlayır və gözəl hücum potensialına malikdir. İsrafilov "Eybar" üçün uyğun futbolçudur. Bu, onun üçün özünü La Liqada yaxşı tərəfdən göstərməsi baxımından yaxşı fürsətdir".

Qeyd edək ki, müqavilə ilə "Mursiya" klubuna məxsus olan Eddi İsrafilov yeni mövsümdən La Liqada çıxış edəcək "Eybar"ın şərəfini qoruyacaq.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.