Başınız ağrıyırsa... - Beyin xərçənginin ƏLAMƏTLƏRİ
İnsanların əksəriyyəti baş ağrısı ilə üzləşir. Bu, tez-tez təsadüf edilən simptomdur.
Baş ağrısının səbəbləri çoxdur - gərginlik, arterial hipertenziya (hipertoniya), miqren, boyun osteoxondrozu, bəzi göz xəstəlikləri, haymorit, travma, bəzi dərmanların qəbulu və s.
Baş ağrısının ən təhlükəli səbəbi bədxassəli şişlərdir. Beyin xərçəngi zamanı baş ağrısı əsas simptomdur. Beyin xərçəngi zamanı baş ağrısının müəyyən xüsusiyyətləri var:
- ağrı xronikidir
- güclüdür
- sıxıcı xarakter daşıyır
- adi ağrıkəsici preparatlar bu ağrıya təsir etmir
- ağrı fiziki gərginlik zamanı (fiziki iş, idman, öskürək və s.) artır
- ağrı gecənin ikinci yarısında və səhərə yaxın daha güclü olur. İnsan yuxudan durandan sonra baş ağrısı 2-3 saat ərzində azalır.
Qusma da beyin xərçənginin əsas simptomlarından birisayılır. Qusma daha tez-tez səhər acqarına olur, qida qəbulu ilə bağlı olmur və xəstəyə rahatlıq gətirmir.
Qıcolma (epilepsiya) tutmaları xəstəliyin ilk simptomu kimi əmələ gələ bilər. Buna mütləq ciddi fikir vermək lazımdır. Əgər belə tutmalar qəfildən insanın 20 yaşından sonra əmələ gələrsə, bu, çox təhlükəli simptomdur.
Beyin xərçənginin simptomlarından biri dəbaşgicəllənməsisayılır. Bu simptom daha gec inkişaf edir.
Xəstədə görmə problemləri yaranır - gözlər dumanlanır, görmə zəifləyir. Bu, xüsusilə səhərlər baş verir.
Xəstəlik inkişaf etdikcə xəstədə yaddaşın, təfəkkürün, nitqin pozulması kimi simptomlar əmələ gəlir, insanın xasiyyəti dəyişilə bilər.
Beyin xərçənginin əmələgəlmə səbəbləri tibdə məlum deyil. Müalicənin uğurlu olub-olmaması xəstəliyin mərhələsindən, şişin yerləşməsindən, xəstənin yaşından və s. amillərdən asılıdır.
Məhz bu səbəbdən xəstəliyin ilk simptomlarında həkimə müraciət etmək lazımdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.