"Pis oynadığımızı düşünmürəm. Qol vurmaq üçün əlimizdən gələni etdik. Sadəcə bəxtimiz gətirmədi". Bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la bərabərə qaldıqları ilk oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib. Albaniyalı futbolçu səfərdə qələbə qazanaraq mərhələ adlamağa çalışacaqlarını bildirib: "Rudar yaxşı komandadır. Ən azından rəqibi yaxşı analiz edib, necə mübarizə aparmalı olduqlarını bilirlər. Demək olmaz ki, "Qarabağ" üçün hər şey bitib. Hələ cavab matçı var və çalışacağıq ki, rəqibi öz meydanında məyus edək. Amma yenə də hər iki komandanın mərhələ keçmək üçün şansları qalıb. Bilirik ki, Monteneqrodakı matçda yaxşı nəticə qazanmalıyıq. Lakin bu heç də asan olmayacaq".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.