banner
banner

Dünya

Həyat yoldaşını boşamaqla hədələdi

Həyat yoldaşını boşamaqla hədələdi
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov ölkəsindən kənarda hazırlanmış ərzaq məhsullarının istifadəsinə qadağa qoyub. 
Cia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Kadırov hətta bununla bağlı həyat yoldaşı Medni Musayevnaya tapşırıq verdiyini və tapşırığına əməl edilməsə, ondan boşanacağını bildirib: 
“İctimaiyyət qarşısında elan edirəm ki, bundan sonra mənim stolumun üstündə ölkədən kənarda istehsal edilmiş hər hansı məhsulun olması qadağandır. Həyat yoldaşım da qadağamı pozarsa, ondan boşanacağam”. 
Bu sözlərinə görə anası Aymani Nesiyeva tərəfindən tənqid olunan Ramzan daha sonra sosial şəbəkədə əlavə edib: 
“Məni danladılar ki, bu sözləri niyə demişəm. Amma mən bildirirəm ki, ciddiyəm”. Xatırladaq ki, Kadırov martda “iPhone” istifadəsindən də imtina etmişdi. O, rusiyalılara yerli məhsul olan “YotaPhone”dən istifadə etməyi məsləhət görmüşdü”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.