“İnter” üçün İspaniya “Atletik”i- “Qəbələ” “Apollon”la qarşılaşa bilər
Bu gün Avropa Liqasında 3-cü mərhələnin püşkatma mərasimi keçirilib.
Bakı vaxtı ilə saat 16:00-da start götürən tədbirdə təmsilçilərimizin – “İnter” və “Qəbələ”nin potensial rəqibləri də bilinib. Qitənin 2-ci dərəcəli klub turnirində iştirak edən “İnter” “Hafnarfyordur” səddini keçə bilsə, 3-cü mərhələdə “Atletik”lə (Bilbao, İspaniya) üz-üzə gələcək.
Digər təmsilçimiz “Qəbələ” “Çukariçki”ni mübarizədən kənarlaşdıra bilsə, “Apollon” (Limassol, Kipr) “Trakay” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “İnter” ilk matçda səfərdə 2:1 qələbə qazansa da, “Qəbələ” minimal hesabla uduzub. “Apollon” isə 4 cavabsız qolla sevinib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.