banner
banner

Dünya

Fransa polisindən xüsusi əməliyyat: cihadçılar tutuldu - FOTO

Fransa polisindən xüsusi əməliyyat:

Terrorçular bir-biri ilə əlaqəyə internetdə şifrələnmiş proqram vasitəsilə çıxırmışlar

Fransa polisi hərbi bazada terror aktının hazırlığında şübhəli bilinən üç nəfəri həbs edib.
Bu barədə “Le Monde” yazıb. Polisdən verilən məlumata görə, saxlananlar - 17 yaşlı İsmael, 19 yaşlı Antuan F. və 23 yaşlı Cebril A adlı şəxslərdir.
Fransa polisinin keçirdiyi xüsusi əməliyyat
Güman edilir ki, onlar İŞİD terror qruplaşmasına rəğbət bəsləyən cihadçılardı.
 
Qeyd edilir ki, terrorçular bir-biri ilə əlaqəyə internetdə şifrələnmiş proqram vasitəsilə çıxırmışlar. İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma olan İŞİD 2014-cü il yanvarın 3-də müstəqilliyini, 2014-cü il iyunun 29-da isə yeni xilafət yarandığını elan edib.
2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 
2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.