banner
banner

Dünya

Putin Ərdoğanı aldatdı?- Rəsmi Ankara şərt qoydu

Putin Ərdoğanı aldatdı?-

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" ilə bağlı mühüm açıqlama verib. 

Türkiyə tərəfi və "Qazprom" şirkəti arasında Rusiya təbii qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılması planlaşdırılan "Türk axını" layihəsi ilə bağlı aparılan danışıqlara münasibət bildirən Taner Yıldız bəyan edib ki, rəsmi Moskva bu layihədə Türkiyəni sadəcə tranzit ölkə kimi görür. 

“Bunun isə bizim üçün heç bir mənası yoxdur. Biz təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi”, - Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir: 

"Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".

Xatırladaq ki, "Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi. Rusiya rezidenti Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək.

Yunansıtan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də sonra Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı.

Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı.

"Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.