banner
banner

Dünya

Merkel yunanları məyus elədi

Merkel yunanları məyus elədi
Almaniya kansleri Angela Merkel Yunanıstanın borclarının silinməsinin mümkün olmadığını bəyan edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.
“Valyuta ittifaqında belə bir şey (silinmə) mümkün deyil” – deyib kansler. 
 
Bununla belə, Almaniya hökumətinin başçısı onu da qeyd edib ki, kreditlərin verilməsi üçün şərtlərin yumşaldılmasını müzakirə eləmək olar. “O sırada borcların qapadılması müddətinin uzadılması və faiz dərəcəsinin aşağı salınması mümkün ola bilər” - əlavə edib kansler.
 
Az öncə vahid Avropa valyutası üzrə avrokomissar Valdis Dombrovskis bildirmişdi ki, Avropa Komissiyası iki həftə ərzində Yunanıstanla yeni proqram üzrə maliyyə köməyi haqda anlaşma planlaşdırır.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.